Birja

Qızıl rekord bahalaşmağa davam edir (12.09.2025)

Qızıl bahalaşaraq ardıcıl dördüncü həftəlik artıma doğru irəliləyir.

ENA.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0,54% artaraq 3,693 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 1.36% artaraq 42.72 ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)