Sosial iqtisadiyyat

Paytaxtda ictimai iaşə dövriyyəsi 15,7% artıb

2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,7% artıb.

Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, paytaxtda ictimai iaşə dövriyyəsi 864,3 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 496,6 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 57,5 faizini təşkil etmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)