Bu gündən rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişir – CƏDVƏL

Rayonlararası marşrutlar üzrə qatarların qrafikində bəzi dəyişikliklər edilib.
ENA.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata görə, Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən Bakı-Balakən-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Qazax-Bakı marşrutu üzrə sərnişin qatarları yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərir.