Birja

"Bakı Fond Birjası"nın dövriyyəsi 2 dəfədən çox artıb

Bu ilin yanvar-iyun aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 36 milyard 622,506 milyon manat təşkil edib.

ENA.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,2 dəfə artaraq 15 257 olub.

BFB-nin dövriyyəsinin 85,2 %-i, yaxud 31 milyard 220,201 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 2,4 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 11,4 % artaraq 4 milyard 71,731 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 13,4 % artaraq 1 milyard 330,574 milyon manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)