MALİYYƏ

Azərbaycan I rübdə xalis maliyyə borclarını 45 milyon dollar azaldıb

Bu ilin I rübündə Azərbaycanın xalis maliyyə öhdəlikləri 45,1 milyon ABŞ dolları azalıb.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,6 dəfə azdır. Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 15.5 mln. dollar azalıb, xalis maliyyə öhdəlikləri isə 206.5 mln. dollar artıb.

Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank (54.9 mln.$) sektorunun və neft-qaz sektorunun kreditləri (277.2 mln.$) hesabına artmış, müəssisələrin kreditləri (3.0 mln.$), dövlət kreditləri (99.9 mln.$) və dövlət zəmanətli kreditlər (22.7 mln.$) hesabına isə azalmışdır. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 0.6 mlrd.$ artmış, xalis maliyyə öhdəlikləri isə 0.1 mlrd.$ azalmışdır.

Rüblük azalma ölkəyə cəlb olunmuş birbaşa investisiyaların 1 milyard 519 milyon ABŞ dolları artması (0,7 % çox), cəlb olunmuş investisiyaların repatriasiyasının 1 milyard 758,6 milyon ABŞ dolları azalması (5,8 % az), neft bonusunun 450,2 milyon ABŞ dolları artması (1,4 % az), portfel investisiyalarının 4,7 milyon ABŞ dolları azalması (191,2 dəfə az), digər investisiyaların isə 251 milyon ABŞ dolları azalması (5 dəfə az) hesabına təmin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)