Qızıl və gümüş cüzi bahalaşdı (11.06.2025)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.60% artaraq 3363.45 ABŞ dollarına bərabər olub.
ENA.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.29% artaraq 36.74 ABŞ dolları təşkil edib.