MALİYYƏ

Azərbaycanda məcburi audit subyektlərinin sayı 10 % artıb

2024-cü ildə Azərbaycanda 5 432 məcburi audit subyekti olub.

Auditorlar Palatasından verilən məlumata görə, bu, 2023-cü illə müqayisədə 10 % çoxdur.

Bununla belə, ötən il auditdən keçmiş qurumların sayı 7,2 % artaraq 3 176-ya çatıb, onların xüsusi çəkisi isə 60 %-dən 58,5 %-ə düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)