Rəsmi

Prezident: Bizim "yaşıl enerji" gündəliyimiz çox genişdir

Azərbaycanın "yaşıl enerji" gündəliyi çox genişdir.

Bu fikirləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında səsləndirib.

"Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz "yaşıl enerji"yə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir", - Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı, həmçinin bildirib ki, bütün bu "yaşıl enerji" potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)