Prezident icra başçısını vəzifəsindən azad etdi
Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
ENA.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Xatırladaq ki, Ayaz Əsgərov 9 may 2016-cı il tarixindən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

















