Azərbaycanda xarici valyutaya tələb azalıb – 673 milyon dollarlıq fərq
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda nağd xarici valyutanın alışı satışını 673 milyon ABŞ dolları üstələyib.
ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.
Bundan başqa, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,7 faiz bəndi azalaraq avqustda 25,8 %-ə düşüb.
Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin əhəmiyyətli artdığı şəraitdə AMB alışyönlü müdaxilə həyata keçirib. Cari ilin ötən dövründə qurumun valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları və yaxud 32,9 % artaraq 15,3 milyard ABŞ dolları təşkil edib.


















