AMB pul siyasəti ilə bağlı növbəti qərarın ictimaiyyətə açıqlanması vaxtını dəyişib
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə bir daha dəyişiklik edib.
ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın ictimaiyyətə açıqlanması və bununla bağlı mətbuat konfransının keçirilmə tarixi noyabrın 4-dən oktyabrın 29-na dəyişdirilib. Ekspertlərlə görüşün də həmin gün təşkil olunması nəzərdə tutulub.


















