Birja

Neftin qiyməti ABŞ-İran danışıqları gözləntiləri ilə yüksəlib (22.09.2026)

Neftin qiyməti bir neçə günlük enişdən sonra bazarın sabitləşməsi və ABŞ-İran danışıqlarına dair gözləntilər fonunda yüksəlib.

ENA.az xəbər verir ki, “Brent” markalı neftin qiyməti 0,22% artaraq bir barel üçün 100,57 dollara çatıb. “WTI” neftinin oktyabr fyuçersləri isə 0,02% bahalaşaraq 95,80 dollar olub.

İnvestorlar bu həftə BMT Baş Assambleyası çərçivəsində ABŞ və İran arasında mümkün görüşlərlə bağlı xəbərləri izləyirlər. Analitiklərin fikrincə, diplomatik proses davam etdikcə bazarda əlavə ucuzlaşmaya hesablanan mövqelər qismən bağlanır.

Bununla yanaşı, Yaxın Şərqdə gərginlik davam edir. Husilərin Səudiyyə Ərəbistanındakı hədəflərə hücumları və “Aramco”nun bəzi neft tədarük marşrutlarını dəyişməsi bazarda tədarük risklərini gündəmdə saxlayır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)