MALİYYƏ

Banklarda likvidlik artır: Yeni istiqraz emissiyaları gözlənilir

Azərbaycanın bank sektorunda likvidliyin artması yeni istiqraz emissiyalarının həyata keçirilməsini stimullaşdıra bilər.

ENA.az xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) analitiki Nərmin Bayramlı bildirib.

"Bank və qiymətli kağızlar sektorlarını bir-birinə rəqib deyil, bir-birini tamamlayan sektorlar kimi görürük. Bazarda azalma ola bilər, amma biz bunu bazarın zəifləməsi kimi qiymətləndirmirik. Bu, müxtəlif amillərdən, o cümlədən bazar iştirakçılarının öz seçimlərindən asılı ola bilər. Ümumiyyətlə, kapital bazarın təsir edən amillər çoxdur. Biz daha çox bazarın daxili strukturunun necə dəyişdiyinə baxırıq. Hansı istiqrazların buraxıldığı, hansı şərtlərlə emissiya edildiyi, kupon faizlərinin nə qədər olduğu və hansı kupon faizlərinin daha çox yayıldığı kimi məsələləri araşdırırıq. Rüblər üzrə azalma müşahidə olunursa, bu, həm qlobal, həm də yerli makroiqtisadi vəziyyətdən asılıdır. Buna görə də hər rübdə həm artımı, həm də azalmanı ayrı-ayrılıqda göstərməyə çalışırıq", - deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)