Birja

Neft OPEC+ görüşündən sonra bahalaşır

OPEC+ istehsalçı qrupu iyulda hasilatı əvvəlki iki ayda olduğu qədər artırmaq qərarına gəldikdən sonra bazar ertəsi neft 1 dollardan çox bahalaşıb.

Brent markalı neftin fyuçersləri cümə günü 0,9% ucuzlaşdıqdan sonra 2,13% bahalaşaraq barel üçün 64,12 dollar olub. ABŞ xam nefti əvvəlki sessiyada 0,3 faiz ucuzlaşdıqdan sonra 2,5 faiz bahalaşaraq bir barel üçün 62,31 dollar olub.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiqləri bazar günü keçirilən iclasda iyul ayında hasilatı gündəlik 411 min barel artırmaq qərarına gəliblər. OPEC+ qrupu üçüncü dəfədir ki, hasilatı eyni həcmdə artırır. Qrup bu addımı bazar payını bərpa etmək və həddindən artıq istehsal edənləri cəzalandırmaq üçün atıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)