Bank

PAŞA Bankın hərraclardan valyuta alışları 4 dəfədən çox azalıb

“PAŞA Bank” 2026-cı ilin ilk yarısında valyuta hərraclarından 71 milyon ABŞ dolları alıb.

ENA.az xəbər verir ki, ötən ilin eyni dövründə bankın hərraclardan aldığı valyutanın həcmi 319 milyon dollar təşkil edib. Beləliklə, valyuta alışları illik müqayisədə 4 dəfədən çox azalıb.

Bankın İdarə Heyətinin üzvü Murad Süleymanov bildirib ki, hesabat dövründə bankın likvidlik göstəricisi 213%, kapital adekvatlığı əmsalı isə 23%-dən yüksək olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)