Bank

PAŞA Bank bank sektorunda konsolidasiyanı dəstəkləyir

“PAŞA Bank” ASC bank sektorunda son dövrlərdə baş verən konsolidasiya prosesini dəstəkləyir.

ENA.az xəbər verir ki, bunu bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev 2026-cı ilin ilk yarısının nəticələrinə həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bankların birləşməsi sektorda daha güclü rəqiblərin formalaşmasına və rəqabətin artmasına səbəb olur. Bu prosesdən isə müştərilər faydalana bilər.

“PAŞA Bank” rəsmisi qeyd edib ki, bankın hər hansı yerli və ya xarici maliyyə qurumunu almaqla bağlı planı yoxdur. Onun sözlərinə görə, bankın Türkiyə və Gürcüstanda törəmələri fəaliyyət göstərir və hazırda əsas diqqət bu üç ölkə arasında ticarətin maliyyələşdirilməsinə yönəlib.

Bəhruz Nağıyev əlavə edib ki, “PAŞA Bank” yeni səhmlərin buraxılmasını da planlaşdırmır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)