Avtomobil

Porsche 4 mindən çox əməkdaşını ixtisar etməyi planlaşdırır

Almaniyanın avtomobil istehsalçısı Porsche şirkətində 4 000-dən çox işçinin ixtisarını nəzərdə tutan yeni plan hazırlanıb.

ENA.az xəbər verir ki, “Handelsblatt” qəzetinin məlumatına görə, Volkswagen qrupuna daxil olan Porsche-də təxminən 700 milyon avroluq əlavə xərcləri azaltmaq məqsədilə 4 100 əməkdaşın işdən çıxarılması təklif olunur.

Yeni ixtisarların daha əvvəl razılaşdırılmış planlara əlavə olaraq həyata keçirilməsi nəzərdə tutulur. İyul ayında Porsche rəhbərliyi və işçi nümayəndələri əvvəlki 4 000 nəfərlik ixtisara əlavə olaraq 5 000 iş yerinin azaldılması barədə razılığa gəliblər.

Beləliklə, 2035-ci ilə qədər Porsche-də ixtisar ediləcək iş yerlərinin ümumi sayı şirkətin hər beş əməkdaşından birinə yaxınlaşa bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)