PAŞA Bank Naxçıvandakı 25 MVt-lıq günəş elektrik stansiyasına 8,5 milyon manat ayırıb
PAŞA Bank Naxçıvanda 25 MVt-lıq GES layihəsini maliyyələşdirir
“PAŞA Bank” Naxçıvanda inşa ediləcək 25 MVt gücündə “Şəms-1” Günəş Elektrik Stansiyasının layihəsinə 8,5 milyon manat maliyyə ayırıb.
ENA.az xəbər verir ki, bunu bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev 2026-cı ilin ilk yarısının nəticələrinə həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, “PAŞA Bank” layihənin əsas və yeganə maliyyə tərəfdaşıdır.
Bəhruz Nağıyev qeyd edib ki, bankın yaşıl kredit portfeli 36,8 milyon manata çatır. Bu vəsaitin 64,1%-i yaşıl nəqliyyat layihələrinin maliyyələşdirilməsinə yönəldilib.
Bank rəsmisi yaşıl iqtisadiyyatın və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinin “PAŞA Bank” üçün strateji prioritetlərdən biri olduğunu vurğulayıb.

















