Bank

PAŞA Bank hüquqi şəxslərin depozitlərinin 20%-nə sahibdir

Hazırda Azərbaycanda hüquqi şəxslərin ümumi depozitlərinin 20%-i “PAŞA Bank”ın payına düşür.

ENA.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin üzvü Murad Süleymanov məlumat verib.

Onun sözlərinə görə, bankın kredit portfelinin həcmi 4,1 milyard manat təşkil edir. Bu, illik müqayisədə 5% artım deməkdir. Ümumi aktivlərin 40%-i kreditlərdən ibarətdir.

Bildirilib ki, 2026-cı ilin ilk yarısında bank vəsaitlərinin bir hissəsini qiymətli kağızlardan çıxararaq nağd formada saxlamağa üstünlük verib.

Həmçinin qeyd olunub ki, “PAŞA Bank” bu il səhmdarların qərarı əsasında 107 milyon manat dividend ödəyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)