Sosial iqtisadiyyat

Azərbaycanın xaricdən banan alışına çəkdiyi xərc artıb

Azərbaycan bu ilin birinci rübündə 15 milyon 221 min dollar dəyərində 16 min 845 ton banan idxal edib.

ENA.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 614 ton azdır.

Ancaq banan alışına çəkilən xərc 1,5 milyon dollar və ya 11 faiz artaraq 15 milyon 221 min dollar olub.

Azərbaycan bananın 98,4 faizini – 16 min 581 tonunu Ekvdordan idxal edib.

Aşağıdakı cədvəldə bu ilin birinci rübündə Azərbaycana idxal edilən bananın ölkələr üzrə həcmi verilib:

Ölkələr

Miqdar, ton

Dəyəri, min ABŞ dolları

Çin

1

3.47

 

Ekvador

16581.44

 

14940.67

 

Filippin

1.9

 

11.77

 

Kolumbiya

0.03

 

0.3

Kosta-Rika

 

239.95

 

248.17

 

Misir

21.16

16.93

 

Tailand

0.1

 

0.62

 

Almaniya

0.01

 

0.05

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)