Azərbaycanda yanvarda illik inflyasiya 5,4 % təşkil edib
![](https://ena.az/uploads/news/2025-02/_ena_e9b8cd99916b180790dea0a67_o.jpg)
2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2024-cü ilin yanvar ayına 5.4 faiz artmış olub.
ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5,0 faiz, qeyri-qida məhsulları üzrə 2,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,4 faiz təşkil edib.
2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz təşkil etmişdir.