Azərbaycanda 500 minə yaxın əmək müqaviləsi "ağarıb"

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 482 194 vahid artıb və bu il dekabrın 1-nə 1 884 109 olub.
Məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 450 212 vahid artaraq 990 134 təşkil edib.
"Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir", - deyə məlumatda qeyd olunub.