“Bakı Fond Birjası”nın dövriyyəsi 3 dəfəyə yaxın artıb
Bu ilin yanvar-noyabr aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 63 milyard 745,184 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3 dəfəyə yaxın artım deməkdir.
BFB-nin dövriyyəsinin 87,6%-i, yaxud 55 milyard 827,816 milyon manatı repo əməliyyatlarının payına düşüb.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 21,2 % azalaraq 5 milyard 830,006 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 56 % artaraq 2 milyard 087,362 milyon manat olub.