Bank

Bank müştərilərinin nəzərinə! Məlumatlarınız üçüncü şəxslərə açıqlana bilər - HANSI ŞƏRTLƏ?

Azərbaycanda bank müştərilərinin məlumatları digər üçüncü tərəflərə açıqlana bilər. Bu mümkündür, ancaq müştərinin razılığı ilə.

ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Ramil Mahmudovun sözlərinə görə, hazırda belə bir layihə hazırlanıb.

Layihənin üstün cəhətlərindən biri ondan ibarətdir ki, müştərinin razılığı ilə ona məxsus məlumatlar digər belə üçüncü tərəflərə açıqlana bilər. Bu da gələcəkdə yeni bank məhsullarının yaradılmasına dəstək ola bilər.

Yəni, hər bir bank bu gün öz müştərilərinə bağlı məlumatları özündə saxlayır və üçüncü tərəflə paylaşmır. Amma müştərinin əlbəttə hazırlığı ilə bu məlumatlar digər partnyorlarla paylaşıla bilər.

“Vacib deyil ki, müştəri yalnız bir banka bağlı olsun və belə bir layihə həm banklar üçün maraqlıdır. Banklar da digər bankların müştərisinin məlumatlarını əldə edə bilər. Növbəti mərhələdə həm də hüquqi şəxslər üçün bu imkanlar yaradılacaq”.

Qeyd edək ki, bu layihələr “açıq bankçılıq” formatına uyğundur və dünyada, eləcə də qonşu dövlətlərdə artıq bir neçə ildir ki, tətbiq olunur. Öz bank məlumatlarını açıqlamağa Azərbaycan vətəndaşı nə qədər açıqdır, bu təbii ki, böyük sualdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)