Rüfət Manafov “AFB Bank”ın İdarə Heyəti sədrinin müavini təyin edilib

Risklərin idarə edilməsi və daxili nəzarət sahəsində 14 illik geniş təcrübəyə malik Rüfət Manafov “AFB Bank” ASC-də Baş Risk İnzibatçısı/İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
Rüfət Manafov Bank sahəsində karyerasına AccessBank QSC-də başlamış, daha sonra Bank Respublika ASC-də risklərin idarə edilməsi istiqamətində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2022-ci ildən etibarən PMD Group MMC-də risklərin idarə edilməsi strukturunun rəhbəri olaraq fəaliyyət göstərmişdir. O, həmçinin Xəzər Universitetində maliyyə risklərinin idarə edilməsi sahəsində pedoqoji fəaliyyət göstərir.