Azərbaycanda 60 milyard manatlıq mal və xidmət satılıb - RƏSMİ

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 60,4 milyard manat olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə qiymətlərlə 4,6 % çoxdur.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,5 % artaraq 58 milyard manata bərabər olub, onun 45,9 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 592,3 manat və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 31,6 manat çox vəsait xərcləyib.