Bank

“Bank Avrasiya”nın səhmləri satıldı – Yeni səhmdar kimlərdir?

“Bank Avrasiya” ASC-nin Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Bankın səhmdarları siyahısında dəyişiklik olub.

Belə ki,  Bankın nizamnamə kapitalının 37,50 % hissəsinə malik olan “YevroStandart” MMC-nin payı “Top Properties” MMC-yə satılmışdır. Həmçinin, digər səhmdar “PMD Group” MMC-nin nizamnamə kapitalındakı 37.5 % mühüm iştirak payının 12.00  % hissəsi  “Top Properties” MMC-yə, 24.50 % hissəsi Bankın digər səhmdarı  “Azbizneskom” MMC-yə və 1.00 % hissəsinin  fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğluna satılmışdır. Beləliklə hal-hazırda Bankın nizamnamə kapitalının 49.50 faizinə “Top Properties” MMC, 49.50 faizinə  “Azbizneskom” MMC və 1.00 faizlik hissəsinə isə fiziki şəxs  Eynullayev Rüstəm Tariverdi  oğlu sahiblik edir.

Bundan əlavə, “Bank Avrasiya” ASC-nin Müşahidə Şurasının üzvlərində də dəyişiklik olunmuşdur.

Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Seyidzadə Rüfət Faxrəddin oglu Müşahidə Şurasının müstəqil üzvü təyin olunmuşdur və o, indiyədək Müşahidə Şurasının müstəqil üzvü olan Babaşov Vurğun Sitam oglunu əvəz edəcəkdir. Seyidzadə Rüfət Faxrəddin oglu informasiya təhlükəsizliyi sahəsində peşəkar mütəxəssisdir və uzun müddət ölkənin aparıcı şirkətlərindən biri olan “NAB Group of Companies” Şirkətində rəhbər vəzifələrdə çalışmaqdadır.

Məlumat üçün qeyd edək ki, hazırda Bankda  Müşahidə Şurasına Aslanov Fuad Cəbrayıl oğlu sədrlik edir. Digər üzv isə Daşqın Miskin oglu  İsmayılovdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)