BİZNES

“Tesla” səhmdarları Maska rekord 56 mlrd. dollarlıq bonusun ödənilməsini dəstəkləyiblər

Amerika avtomobil istehsalçısı “Tesla”nın səhmdarları şirkətin baş direktoru İlon Maska 56 milyard dollarlıq rekord məbləğdə kompensasiya paketi ödəməyə səs veriblər. Bu barədə sahibkar “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb.

Səhmdarlardan icraçıların təzminatı məsələsi ilə yanaşı, “Tesla”nın hüquqi qeydiyyatının Delaverdən Texasa köçürülməsi ilə bağlı da öz fikirlərini bildirmələri istənilib. Səsvermənin rəsmi nəticələri iyunun 13-ü axşam saatlarında elan olunacaq.

İlon Mask 2018-ci ildə !Tesla”dakı maaşından imtina edərək, mükafatını şirkətin əsas göstəricilərə nail olması ilə əlaqələndirib. Bununla belə, 2024-cü ilin əvvəlində Delaver məhkəməsi səhmdarların Maska nəhəng bonuslar ödəmək qərarını ləğv edərək, haqsız olaraq verilən məbləği tapıb.

“Bloomberg” daha əvvəl bildirmişdi ki, milyarder İlon Maska məxsus “Tesla”dakı problemlər onun digər müəssisələrinin sabitliyini təhdid edir. Agentliyin qeyd etdiyi kimi, avtomobil istehsal edən şirkət “pozğunluq içindədir”, ixtisarlar davam edir və işçilərin əhval-ruhiyyəsi sarsılır. Bundan əlavə, şirkətin səhmləri düşür, satışlar artmır – bəzi investorlar şirkətə “ağılsız lider”in rəhbərlik etdiyinə inanırlar, “Bloomberg” xəbər verir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)