Dünyaca tanınmış nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir
Danimarkanın dünyaca tanınmış dərman şirkəti Azərbaycanda şirkət təsis edir.
Məlumatlara əsasən, “Novo Nordisk” şirkəti bundan sonra Azərbaycanda “Novo Nordisk Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyət göstərəcək.
“Novo Nordisk Azerbaijan” MMC-nin direktoru Gülşabə Abbasova Sabir qızıdır. Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhəri Xətai rayonu, Xocalı, ev 37 ünvanında 500 000 manatla dövlət qeydiyyatına alınıb. Gülşabə Abbasova bundan öncə şirkətin Azərbaycan üzrə meneceri idi.
“Novo Nordisk”ın əsası 1923-cü ildə qoyulmuşdur və mənzil qərargahı Danimarkanın Kopenhagen şəhərinin yaxınlığında yerləşir.
Şirkətin məqsədi diabeti və piylənməni, nadir qan və endokrin xəstəliklər kimi digər ciddi xroniki xəstəlikləri məğlub etmək üçün dəyişikliklərin təşəbbüskarı olmaqdan ibarətdir.
Qeyd edək ki, “Novo Nordisk” 2023-cü ildə ümumilikdə $35 mlrd. gəlirə qarşı $12 mlrd. ətrafında xalis mənfəət edib.
.