Birja

Neft üzü yuxarıdır - QİYMƏT (24.09.2024)

Çin Xalq Bankı güclü deflyasiya təzyiqləri ilə mübarizə apararkən və bu il artım hədəfini azaltdı, eyni zamanda geniş stimullaşdırıcı tədbirləri elan etdi. Bu açıqlamadan sonra neft öz istiqamətini yuxarıya doğru dəyişdi.

Brent markalı neft bazar ertəsi 0,8 faiz ucuzlaşdıqdan sonra barrel üçün 74 dolları keçib, ABŞ xam nefti isə 71 dollara yaxınlaşıb.

Çin Xalq Bankının qubernatoru Pan Gongsheng, çərşənbə axşamı Pekində keçirilən iclasda bir sıra stimullaşdırıcı tədbirləri açıqladı.

Bu arada, siyasətçilər bu ilki illik 5 faizə yaxın artım hədəfinə çatmaq üçün ən geniş addımlarını atıblar. Çin iqtisadiyyatının tənəzzülü və OPEC+-dan tədarükün artırılması ehtimalı bu rübdə indiyədək təxminən 14 faiz ucuzlaşan neft qiymətlərini sarsıdıb.

Çərşənbə axşamı elan edilən tədbirlərə bankların istehlakçılara və şirkətlərə verdiyi kreditlərin artırılması və PBOC-nin əsas qısamüddətli faiz dərəcəsinin azaldılması daxildir.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)