Sağlamlıq

ÜST fövqəladə vəziyyət elan etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılan meymun çiçəyi virusu səbəbindən son iki ildə ikinci dəfə qlobal ictimai səhiyyədə fövqəladə vəziyyət elan edib.
Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılan meymun çiçəyi virusu ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tədbir gördüyünü açıqlayıb. Virusun Burundi, Keniya, Ruanda və Uqandada yayılması nəticəsində meymun çiçəyi virusu səbəbilə ÜST son iki ildə ikinci dəfə qlobal ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

"Aydındır ki, bu epidemiyaları dayandırmaq və insanların həyatını xilas etmək üçün əlaqələndirilmiş beynəlxalq reaksiya vacibdir", - ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus deyib.

Qlobal ictimai səhiyyədə fövqəladə hal ÜST-nin ən yüksək xəbərdarlıq səviyyəsi kimi tanınır və tədqiqatı, maliyyələşdirməni, beynəlxalq səhiyyə tədbirlərini və xəstəliyə nəzarət etmək üçün əməkdaşlığı sürətləndirmək məqsədi daşıyır.

Dünən Afrikada meymun çiçəyi virusuna görə "ictimai sağlamlıqla bağlı fövqəladə vəziyyət" elan edilib
Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (Africa CDC), Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılan meymun çiçəyi virusu səbəbindən dünən bütün qitədə "ictimai sağlamlıq üçün fövqəladə vəziyyət" elan etdi.

Afrika CDC, bu il qitədə meymun çiçəyi səbəbiylə 17 mindən çox hadisənin və 517 ölümün olduğunu və bunun keçən ilin eyni dövrü ilə müqayisədə 160 faiz artım olduğunu söylədi. Afrikanın 13 ölkəsində yoluxma halları qeydə alınıb.

Meymun çiçəyi ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında insanlarda aşkar edilib.
Meymun çiçəyi ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında insanlarda aşkar edildikdən sonra onilliklər ərzində Afrikanın bəzi bölgələrində endemik olub. Virusun daha yüngül variantı 2022-ci ildə əsasən cinsi əlaqə yolu ilə 100-dən çox ölkəyə yayıldı və bu, Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) qlobal ictimai səhiyyə fövqəladə vəziyyətini, ən yüksək xəbərdarlıq səviyyəsini elan etməyə vadar etdi. ÜST, sağlamlıq böhranının nəzarət altında olduğunu deyərək 10 aydan sonra fövqəladə vəziyyətə son qoydu.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)