İnflyasiya ilə əlaqədar zəruri tədbirlər davam etdiriləcək - Nazirlər Kabineti
İnflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlər növbəti ildə də davam etdiriləcək.
Bu, Nazirlər Kabinertinin antiinflyasiya tədbirləri və onun nəticələrinə dair bülletenində əksini tapıb.
Qeyd edək ki, 2022-ci il febralın 21-də Nazirlər Kabineti “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamı imzalayıb.