Birja

"Bakı Fond Birjası"nın dövriyyəsi 2 dəfədən çox artıb

Bu ilin yanvar-fevral aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 5 milyard 303,733 milyon manat təşkil edib.

ENA.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 18,9 % artaraq 2 274 olub.

BFB-nin dövriyyəsinin 65,5 %-i və yaxud 3 milyard 473,124 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 2,9 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 64,4 % artaraq 1 510,977 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 4 dəfə artaraq 319,632 milyon manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)