Azərbaycanda ödəniş kartları ilə əməliyyatların həcmi təxminən 90 milyard manata çatıb
2023-cü ilin sonuna Azərbayucanda dövriyyədə olan ödəniş kartlarının sayı 16.9 milyon ədəd təşkil edib, bu da 2022-ci ilin göstəricisindən 24% çoxdur. Bu barədə Mərkzi Bankdan məlumat verilib.
«1 yanvar 2024-cü il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 16.9 milyon ədəd təşkil etmiş və bu kartların 77%-i təmassız ödənişləri dəstəkləmişdir. 2022- ci il ilə müqayisədə ödəniş kartlarının sayı 24%, o cümlədən təmassız kartların sayı 32% artmışdır”, - AMB-dən vurğulanıb.
2023-cü ilin sonuna emissiya edilən ödəniş kartlarının 87%-ni (14.7 milyon ədəd) debet kartlar, 13%-ni (2.2 milyon ədəd) isə kredit kartları təşkil etmişdir.
“2023-cü il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2022-ci il ilə müqayisədə 56% artaraq 88.1 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 49 milyard manat olmuşdur”, - AMB-dən qeyd edilib.
Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2022-ci il ilə müqayisədə 12.4% bəndi yüksələrək 55.6%-ə bərabər olmuşdur.
AMB-nin məlumatına görə, 2023-cü ildə elektron ticarət əməliyyatlarının sayı 2.2 dəfə artaraq 563.4 milyon ədəd, həcmi isə 2.1 dəfə artaraq 39.2 milyard manat olmuşdur
Təsərrüfat subyektlərində 2023-cü il ərzində POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2.1 dəfə artaraq 416.6 milyon ədəd, həcmi isə 68.5% artaraq 9.8 milyard manat olmuşdur
2023-cü il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2.2 dəfə artaraq 401.1 milyon ədəd, həcmi isə 82.5% artaraq 8.9 milyard manat olmuşdur.