Sağlamlıq

AQTA “Bravo”nun qida təhlükəsizliyi qeydiyyatını ləğv edib

2024-cü ilin yanvar ayı üzrə Qida təhlükəsizliyi qeydiyyatı ləğv edilən sahibkarlıq subyektlərinin sayı 125-dir.

ENA.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

Qida təhlükəsizliyi qeydiyyatı ləğv edilən sahibkarlıq subyektlərindən biri də “Azərbaycan Supermarket” MMC-dir.

“Azərbaycan Supermarket” MMC-nin 12 may 2023-cü il tarixli 02-Q-00296 nömrəli qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib. Ləğv edilmə səbəbi açıqlanmayıb.

Bildirək ki, subyektin qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır:

– subyekt tərəfindən ləğvedilmə barədə ərizə təqdim edildikdə;

– hüquqi şəxs olan subyekt (və ya onun nümayəndəliyi, filialı) ləğv edildikdə;

– fiziki şəxs olan subyektin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

– məhkəmənin müvafiq qərarı olduqda;

– qeydiyyat üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)