Sağlamlıq

Koronavirusa qarşı peyvənd olunanlara kompensasiya!

Koronavirusa qarşı peyvənd olunanlara kompensasiya! ENA.az qərb mətbuatına istinadən xəbər verir ki, Almaniyada korona peyvəndinin vurduğu ziyana görə dövlət 467 nəfərə təzminat ödəyib. Ölkədə 5 min 597 müraciətin hələ də araşdırıldığı müəyyən edilib.

Neue Osnabrücker Zeitung-a görə, bu rəqəm təxminən 65 milyon insanın ən azı bir doza peyvənd olunduğu Almaniyada 0,00072 faizə uyğundur. Yəni 138 min 888 peyvənddə bir nəfərin peyvənddən zərər çəkdiyi qəbul edilib.

Almaniyada, korona peyvəndləri nəticəsində mümkün zərərin ödənilməsi üçün müraciətlər "Versorgungsamt"a, ştatlardakı  sosial müdafiə idarələrinə yönəldilir. Peyvəndlərin vurduğu zərərdən əziyyət çəkən şəxslər əvvəlcə vəziyyəti ailə həkiminə bildirməlidirlər. Həkimlər peyvəndin mümkün rol oynaya biləcəyi şübhəli hallar barədə Federal Peyvəndlər və Biotibblər İnstitutuna (Paul Ehrlich İnstitutu) məlumat vermək üçün məsuliyyət daşıyırlar. Bu prosesdən sonra xəstə kompensasiya üçün müraciət edə bilər və müraciət ixtisaslı ekspert tərəfindən araşdırılır. Kompensasiya qərarı ərizəni qəbul edən sosial müdafiə idarəsi tərəfindən verilir. Bu üsul peyvəndlərin potensial zərərlərinə qarşı effektiv qiymətləndirmə və kompensasiya prosesini təmin etmək üçün yaradılmışdır.

Sözügedən xəbər gündəmə gələndəndən sonra digər ölkələrin vətəndaşları da axtarış sistemlərinə müraciət etməyə başlayıblar: Koronavirusa qarşı peyvənd olunanlara dövlət təzminat ödəyəcəkmi, peyvənd olunanlara dövlət pul verirmi, kompensasiya üçün necə müraciət etmək olar? və s.

Qeyd edək ki, Azərbaycan praktikasında belə bir hal hələki qeydə alınmayıb. 

 


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)