Sağlamlıq

Azərbaycanda yaradılan iri dərman zavodunun rəhbərliyi açıqlandı

Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı müəssisəsi “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin kapitalı və rəhbərliyi açıqlanıb.

Şirkətin Müşahidə Şurasının üzvləri Türkiyə Respublikası vətəndaşları olan Gülmüş Abidin, Hüseynov Samir Asif oğlu, Türkmen Şükrü və Ülvi Mansurov Eldar oğludur (AİŞ-in sədri). Şirkətin direktoru Gurleyen Ali Ertandır.

Şirkət Pirallahı Sənaye Parkındadır. Onun nizamnamə kapitalı 5 100 000 manatdır.

Xatırladaq ki, 31 iyul 2023-cü il tarixində “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret Anonim Şirkəti” və “SİA Pharmaceutical” MMC arasında Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə Tərəfdaşlıq və Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən görülən işlər nəticəsində bu gün Parkın 7.8 hektar ərazisində dərman istehsalı zavodunun təməli qoyulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)