Azərbaycan əhalisinin gəlirləri 13 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 70 milyard 223,5 milyon manat təşkil edib.
ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 12,2 % artaraq 6 917 manata çatıb.