Neft bahalaşmağa başlayıb - QİYMƏT

Dünya birjalarında neftin qiyməti artıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,37 dollar və ya 0,71% artaraq 52,78 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,48 dollar və ya 0,78% artaraq 61,99 dollar təşkil edib.