Yapı Kredi bank yenidən avrobond buraxır

Azərbaycanda törəməsi olan Yapı Kredi Bankı 5 illik dollar istiqrazlarını yenidən buraxmağa qərar verib.
ENA.az xəbər verir ki, 200 milyon dollar məbləğində tədavül müddəti 2028-ci ilin oktyabr ayına qədər olan istiqrazların yenidən buraxılması üçün Citi-yə səlahiyyət verib.
Bloomberg-in məlumatına görə, Yapı Kredi-nin 2028-ci il ödəmə müddəti ilə dollarla olan istiqrazı üzrə gəlirlilik gözləntisi 8,75-8,875% olub. 200 milyon dollar olması gözlənilən istiqrazın kupon dərəcəsi 9,25 faiz olaraq qiymətləndirilib.