Dünya xam neftinin üçdə birini təmin edən Yaxın Şərqdə gərginlik artdı. Neft bahalaşdı
Qlobal benchmark Brent bir barrel üçün 93 dolları keçərkən, ABŞ xam nefti 91 dollara yaxınlaşdı. ENA.az xəbər verir ki, saat 9:30-a olan məlumata görə, Brent neftinin qiyməti 93,24 dollar təşkil edir.
Pentaqon bildirib ki, Birləşmiş Ştatlar İraq və Suriyada dron hücumlarının artdığını və Yəməndə husi üsyançıları tərəfindən İsrailə atılan qanadlı raketlərin qarşısını alıb. İsrailin sərhədə qoşun yığdıqdan sonra Qəzzaya qarşı quru əməliyyatına başlayacağı da gözlənilir.
Neft İsraillə HƏMAS arasındakı böhran səbəbindən bahalaşıb. Münaqişənin digər ölkələrə, o cümlədən İrana da sirayət edəcəyi ilə bağlı narahatlıqlar var. Bölgə dünya xam neftinin təxminən üçdə birini təmin edir.
Vanda Insights konsaltinq firmasının təsisçisi Vandana Hari Yəməndən gələn raketlər də daxil olmaqla son hadisələrə istinad edərək, "Xam neft üzrə risklər yenidən artıb" dedi.
ABŞ prezidenti Co Bayden İsrailə dəstəyini təklif edərkən, o da həftə ortasında bölgəyə qısa səfər etdi. Lakin Qəzza zolağında xəstəxanada baş verən ölümcül partlayışdan sonra ərəb liderləri ilə planlaşdırılan görüş ləğv edilib.
Xam neft qiymətləri bu həftə birja xəbərləri ilə dəstəklənib. Məlumatlar Oklahoma ştatının Kuşinq şəhərinin əsas mərkəzində kommersiya ehtiyatlarının 2014-cü ildən bəri ən aşağı səviyyəyə düşdüyünü göstərsə də, ABŞ enerji departamenti Strateji Neft Ehtiyatı üçün 6 milyon barrelə qədər neft almağı hədəflədiyini bildirib.