Sığorta

Sığorta şirkətinin sədr müavini vəzifəsindən ayrıldı

"Xalq Sığorta" ASC-nin İdarə Heyətinin (İH) sədr müavini Roman Vəliyev vəzifəsindən ayrılıb. 

Bu barədə şirkətin internet səhifəsinə istinadən xəbər verilir. 

Onun yerinə hələ ki, təyinat olmayıb. Xatırladaq ki, R.Vəliyev ötən il noyabrın 23-də "Xalq Sığorta" ilə eyni hüquqi ünvanda yaradılmış "Xalq Həyat Sığorta" ASC-nin İH-nin sədri təyin edilib. Nizamnamə kapitalı 15 milyon manat olan ölkənin 4-cü həyat sığortası şirkətinin yaxın vaxtlarda Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziya alacağı gözlənilir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)