“WhatsApp”da yeni funksiya işə salınır
“WhatsApp” messenceri biometrikadan istifadə edən açarlar vasitəsilə hesaba giriş funksiyasını işə salır, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Giriş açarı – şəxsiyyətinizi təsdiqləmək üçün istifadə olunan qısa rəqəmlər və ya hərflər toplsudur. Bu, bir növ təhlükəsizlik kodudur”, – mesajda deyilir.
Yenilik barmaq izi, üz tanıma və ya ekran kilidi kimi təhlükəsizlik vasitələrindən istifadə edəcək. “WhatsApp”da yeni funksiyanın görünmə vaxtı hələ məlum deyil.