HI-TECH

ABŞ Microsoft, Adobe və digər İT şirkətlərini “yaşıl kart” proqramından kənarlaşdırıb

ABŞ administrasiyası Microsoft, Adobe və bir sıra iri İT şirkətlərinin ixtisaslı xarici işçilər üçün daimi yaşayış icazəsi (“yaşıl kart”) almağa imkan verən proqramda iştirakını dayandırıb.

ENA.az xəbər verir ki, “TechCrunch”ın məlumatına görə, qərar Microsoft və Adobe ilə yanaşı, Capgemini, Cognizant, HCL, Infosys, Tata və Wipro şirkətlərinə də şamil olunur. ABŞ Əmək Nazirliyi bu şirkətlərlə bağlı yeni və baxılmaqda olan əmək sertifikatı müraciətlərini qəbul etməyəcəyini bildirib.

ABŞ vitse-prezidenti Cey Di Vens şirkətləri miqrasiya proqramından sui-istifadədə ittiham edib. Administrasiya hesab edir ki, bəzi şirkətlər amerikalı işçiləri ixtisaslı xarici mütəxəssislərlə əvəzləyirlər. Məhdudiyyət PERM proqramına aiddir və H-1B müvəqqəti iş vizalarının özündən fərqlənir.

Microsoft isə bildirib ki, ötən maliyyə ilində təqdim etdiyi təxminən 6 min H-1B müraciətinin 80%-i artıq şirkətdə çalışan əməkdaşların statusunun uzadılması və ya dəyişdirilməsi ilə bağlı olub. Şirkət yeni işçilər üçün müraciətlərin ABŞ-dakı işçi qüvvəsinin cəmi 1%-nə bərabər olduğunu vurğulayıb.

Administrasiya həmçinin Harvard, Yale və Stanford da daxil olmaqla, doqquz universitetdə beynəlxalq tələbələr üçün nəzərdə tutulan viza proqramlarından istifadə ilə bağlı araşdırma başladıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)