BİZNES

İsveçrə vətəndaşı Azərbaycanda 300 min manat kapitalla şirkət yaratdı

Azərbaycanda 300 min manat məbləğində nizamnamə kapitalına malik şirkət yaradılıb. ENA.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin (DVX) məlumatına görə, bu şirkət “R GROUP HOLDING” MMC adı ilə qeydiyyata alınıb.

Şirkət iyunun 24-də qeydiyyata alınıb, qanuni təmsilçisi İsveçrə vətəndaşı Rəhman Xəlilovdur.

Dövlət Vergi Xidməti şirkətin fəaliyyət sahəsini açıqlamayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)