Birja

Dünya bazarında neft ucuzlaşır - 31.07.2023

Neft qiymətləri, aprelin ortalarından bəri ən yüksək səviyyəyə çatdıqdan sonra bazar ertəsi günü enir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində sentyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,36 dollar (0,45%) azalaraq 80,22 dollar təşkil edib. 

Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin kotirovkaları bir barel üçün 84,4 dollar təşkil edir ki, bu da sonuncu sessiyanın bağlanış qiymətindən 0,59 dollar (0,7%) aşağıdır. 

MarketWatch-in məlumatına görə, ötən həftə Brent kotirovkaları 4,8%, WTI - 4,6% artıb.

“Trading Economics” qeyd edir ki, iyulun əvvəlindən Brent neftinin qiyməti 12%, WTI 14% artıb ki, bu da Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltması fonunda 2022-ci ilin yanvarından bəri ən yaxşı aylıq gəlirdir.

ANZ Bank-ın analitikləri hesab edirlər ki, güclü makroiqtisadi göstəricilər, o cümlədən ABŞ-ın ÜDM artımı yaxın gələcəkdə neft qiymətlərinin artımını dəstəkləyəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)