Ödəniş daxilolmalarında ən yüksək payçılar kimlərdir? - SİYAHI
Maliyyə axınları göstəriciləri 2023-cü ilin II rübündə iqtisadi aktivliyin artım tendensiyasının qorunmasına göstərir, həmçinin bu templər 2018-2022-ci illərdə olduğundan yüksəkdir.
ENA.az xəbər verir ki, AMB 2023-cü ilin ikinci rübü üzrə sahələrarası maliyyə axınlarının monitorinqini dərc edib. Məlumat, AMB maliyyə axınları ilə ÜDM arasında korrelyasiyanın yüksək olduğunu göstərir.
Belə ki, 2023-cü ilin ikinci rübündə maliyyə axınlarının həcmi 2022-ci ilin aprel-iyun aylarında 27 milyard 402 milyon manata qarşı 29 milyard 187,7 milyon manat (birinci rübdə - 19 milyard 247,4 milyon manat), yəni artım 6.5% təşkil edib.
Təhlilə əsasən, 2023-cü ilin ikinci rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə, sosial təminat (30,7%), tikinti (10.2%), topdan və pərakəndə ticarət (14.4%) olub. Aprel-iyun aylarında daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə mədənçıxarma sənayesi (624,4 milyon manat artım), nəqliyyat və anbar təsərrüfatı (548 milyon manat artım) sahələri olub.
AMB maliyyə axınlarının sahələr üzrə dinamikaya toxunaraq qeyd edir ki, 2023-cü ilin ikinci rübündə dövlət idarəetməsi və müdafiə sektoru üzrə daxilolmalar 8 milyard 971 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə sıfır artım), tikinti üzrə 2 milyard 977 milyon manat (azalma 9,1%), topdan və pərakəndə ticarət üzrə 4 milyard 205 milyon manat (azalma 0,4%), emal sənayesi üzrə 2 milyard 608 milyon manat (8,6% artım), mədənçıxarma sənayesi üzrə 2 milyard 359 milyon manat (36% artım), maliyyə və sığorta fəaliyyəti üzrə 1 milyard 569 milyon manat (azalma 14,8%) təşkil edib.
İkinci rübdə maliyyə axınlarının dinamikasında ən yüksək artım nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə qeydə alınıb. Bu sahə üzrə ödəniş daxilolmaları 1,7 dəfə artaraq 548 milyon manat təşkil edib. Artıma poçt sektoru (+353,5 milyon manat), avtomobil nəqliyyatı ilə yükdaşımalar (+32,5 milyon manat) təsir edib.
AMB qeyd edir ki, ikinci rübdə ticarət sektorunda ödəniş daxilolmaları ümumi daxilolmaların 21,9%-ni təşkil etməklə 6 milyard 391,4 milyon manat, qeyri-ticari sektorda isə 78,1% təşkil etməklə 22 milyard 796,3 milyon manat olub.