Dünya bazarında neft ucuzlaşır - QİYMƏT
Brent nefti bugün ucuzlaşır. ENA.az Londonun ICE Futures birjasında çərşənbə günü saat 9:20-ə olan Brent markalı neftin avqust fyuçerslərinin dəyəri bir barel üçün 75,85 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,4 (0,52%) dollar aşağıdır.
Dünən Nyu-York Ticarət Birjasında (NYMEX) əsas hərraclar ABŞ-da bayram (Müstəqillik Günü) səbəbindən baş tutmayıb. Çərşənbə günü WTI markalı neftin avqust fyuçersləri bazar ertəsi sessiyanın bağlanışında olan səviyyə ilə müqayisədə 1,12 dollar (1,6%) artaraq 70,91 dollar/barelə çatıb.
Çərşənbə günü treyderlərin diqqəti Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salmanın Vyanadakı çıxışına yönəlib. Şahzadə OPEC-in “Dayanıqlı və inklüziv enerji keçidinə doğru” 8-ci Beynəlxalq Seminarında iştirak edəcək.
Bazar ertəsi Səudiyyə Ərəbistanı avqust ayında gündəlik 1 milyon barel (b/d) həcmində neft hasilatının könüllü olaraq kəsilməsinin uzadıldığını elan edib. Səudiyyə Ərəbistanının naziri bunu açıqlayaraq, neft bazarını sabitləşdirmək üçün “lazım olan hər şeyi edəcəyini” vəd edib.
Rusiya avqust ayında neft ixracını könüllü olaraq sutkada 500 min barel azaldacağını da açıqlayıb.