AİB: Azərbaycanda faktorinq bazarı 1,7 milyard dollara qədər böyüyə bilər
Azərbaycanda faktorinq bazarının həcminin qarşıdakı 3 ildə 1,7 milyard dollara qədər böyümə potensialı var.
Bu barədə Asiya İnkişaf Bankından (AİB) bildirilib. Qeyd edilib ki, bu regionun bənzər ölkələrində faktorinqin penetrasiya səviyyəsinə uyğun müəyyən edilib.
Bankdan bildirilib ki, bununla belə hazırda ölkədə faktorinq xidmətləri bazarı məhduddur, yalnız bir neçə bank və bank olmayan maliyyə təşkilatları bu xidmətləri təklif edir. 2021-ci ilə olan məlumata görə, Azərbaycanda faktorinq həcmi 110 milyon avro təşkil edib.
"Nəticə etibarı ilə, Azərbaycanda təhcizat zəncirinin maliyyələşdirilməsinin (SCF) hazırkı səviyyəsi digər Asiya və Avropa bazarları ilə müqayisədə xeyli aşağıdır. Banklar tərəfindən istifadə edilən xüsusi SCF platformaları yoxdur" - ADB əlavə edib.