Neft birjalarındakı bugünki qiymət
Benchmark neft qiymətləri iyun ayında yüksəldikdən və ikinci rübdə endikdən sonra bazar ertəsi günü yüksəlir. ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında saat 9:04-ə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti bir barel üçün 75,44 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekunu ilə müqayisədə 3 sent çoxdur.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda avqust ayı üçün WTI markalı neftin fyuçerslərinin kotirovkaları səhər saatlarında 1 sent bahalaşaraq bir barelə görə 70,65 dollara çatıb.
İyun ayında Brent 3,1% bahalaşsa da, ikinci rübdə 6,1% ucuzlaşıb. Ötən ay WTI-nin qiyməti 3,8% artsa da, aprel-iyun aylarında kotirovkalar 6,7% ucuzlaşıb.
Bu arada, ABŞ-da aktiv qazma qurğularının sayı keçən həftə 8 ədəd azalaraq 674-ə çatıb, neft-mədən xidməti şirkəti Baker Hughes bildirib. Göstərici 2020-ci ilin iyul ayından bəri müşahidə olunmayan doqquz həftə ardıcıl olaraq aşağı düşüb.